Quba Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanaları ilə bağlı müşavirə keçirilib.
Müşavirədə Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Hikmət Əliyev, Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəis müavini Elnur Xanbabayev, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Monitorinq və Nəzarət şöbəsinin müdiri Samir Alıyev, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Elnur Cəlilov, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Geoloji Ekspertiza şöbəsinin baş mütəxəssisi Sadiq Əmiraslanov, Dövlət Ekoloji Ekspertiza Agentliyi Layihələrin və ekoloji normativ sənədlərin ekspertiza şöbəsinin baş mütəxəssisi, Quba Rayon Polis Şöbəsinin rəis müavini, 3 saylı Ərazi Vergilər İdarəsinin Operativ vergi nəzarəti şöbəsinin rəisi, Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi şöbəsinin baş məsləhətçisi, “Azərişıq” ASC-nin Xaçmaz RETSİ-nin Quba Elektrik Şəbəkəsinin rəisi, Quba Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi, Qum-çınqıl karxanalarının rəhbərləri, Quba RİHB-nin şəhər, qəsəbə və kənd İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak edib.
Müşavirədə qum-çınqıl karxanalarının fəaliyyətlərində yol verikləri nöqsanlar müzakirə olunaraq onların çaylarda ekoloji vəziyyətin dəyişməsinə təsirindən söz açılmış, bu istiqamətdə görüləcək tədbirlər və yataqların qanunvericiliyin tələblərinə uyğun istismar edilməsi istiqamətində iştirakçılara müvafiq maarifləndirici məlumatlar verilmişdir.