Dünya

“300 milyard dollarlıq fond İrana təzminat idi…” – Əraqçi AÇIQLADI

“300 milyard dollarlıq fond İrana təzminat idi…” – Əraqçi AÇIQLADIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və İran arasında davam edən danışıqlarda ən mübahisəli məsələlərdən biri İrana mümkün maliyyə kompensasiyasının ödənilməsi ilə bağlı olub. İran tərəfi hesab edir ki, müharibənin və qarşıdurmaların vurduğu ziyanın nəzərə alınması yekun razılaşmanın əsas şərtlərindən biridir. Lakin ABŞ nümayəndələri danışıqlar zamanı təzminatın birbaşa ödənilməsi şərti ilə razılaşmayıblar.

“7Times.az” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi müsahibəsində danışıb. O bildirib ki, Vaşinqton təzminat məsələsini qəbul etməsə də, sonradan bu mövzu fərqli ad altında gündəmə gətirilib.

Əraqçi deyib: “Lakin onlar anladılar ki, təzminat məsələsində İranın mövqeyi nəzərə alınmadan heç bir razılaşma əldə edilməyəcək. Məhz buna görə də ad və forma dəyişdirilərək, məsələ bərpa planı kimi təqdim olunub – üç yüz milyard dollarlıq bir fond. Bunun həyata keçirilib-keçirilməyəcəyini iddia etmirəm”.

Nazirin sözlərinə görə, tərəflər arasında hələ də həllini gözləyən ciddi fikir ayrılıqları mövcuddur və yekun sazişin əldə olunması asan görünmür. O vurğulayıb ki, razılaşma imzalansa belə, onun icrası mərhələsində çoxsaylı çətinliklər yarana bilər.

“İkincisi isə, yekun razılaşma əldə olunsa belə, bir çox başqa hallarda olduğu kimi, hər şey öz yoluna düşənə qədər çoxlu mübahisələr, problemlər və fikir  ayrılıqları yaranacaq”, – deyə İranın xarici işlər naziri bildirib.

Əraqçi eyni zamanda qeyd edib ki, danışıqlarda müzakirə olunan 300 milyard dollarlıq yardım və ya bərpa fondunu mahiyyət etibarilə təzminat mexanizmi kimi qiymətləndirir. Onun fikrincə, belə böyük məbləğdə vəsaitin anlaşma memorandumunda əks olunmasının başqa məntiqi izahı yoxdur.

Nazir bildirib: “Əks təqdirdə, anlaşma memorandumunda İrana üç yüz milyard dollar həcmində investisiya yatırılacağının qeyd edilməsinin heç bir mənası olmazdı”.

Beləliklə, İran tərəfi hesab edir ki, adından asılı olmayaraq, nəzərdə tutulan 300 milyard dollarlıq fond ölkəyə dəyən zərərin kompensasiyası xarakteri daşıyır. Bununla belə, fondun yaradılıb-yaradılmayacağı və yekun razılaşmanın hansı şərtlərlə imzalanacağı hələ də tərəflər arasında aparılan danışıqların əsas mübahisə mövzularından biri olaraq qalır.