22 may tarixində milli məclisin deputatı Mahir Süleymanlı Şabranda vətəndaşlarla növbəti görüş keçirib.
“7Times.az” xəbər verir ki,Şabran rayonunun Dəvəçi kəndində baş tutan görüş zamanı sakinlərin bir sıra məsələlərlə bağlı müraciətləri dinlənilib.Yerində həlli mümkün olan problemlər dərhal aradan qaldırılıb, digər müraciətlər isə aidiyyəti qurumlara yönləndirilməsi üçün nəzarətə götürülüb.




