Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Azərbaycan 1-ci Liqasına vəsiqə qazanan “Şimal” futbol klubunun üzvləri ilə görüşüb. Elnur Rzayev klub rəhbərliyi, məşqçi və futbolçuları 2-ci Liqada bürünc medal qazanaraq 1-ci liqaya yüksəlməsi münasibətilə təbrik edib, uğurların davamlı olmasını arzulayıb.
Görüşdə klubun gələcək planları ilə bağlı fikir mübadiləsi aparılıb.
“Şimal” futbol klubunun Azərbaycan 1-ci Liqasında Xaçmaz rayonunu layiqincə təmsil edəcəyinə əminlik ifadə olunub.
Sonda Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev “Şimal” futbol klubunun üzvlərini Fəxri Fərmanla mükafatlandırıb. Klub rəhbərliyi də öz növbəsində icra başçısına “Şimal” futbol klubunun üzərində Elnur Rzayevin adı və soyadı yazılmış 27 nömrəli formasını, həmçinin 2-ci Liqanın bürünc medalını xatirə hədiyyəsi kimi təqdim edib.












