Qubada siyahıyaalma prosesi korrupsiya qalmaqalına çevrildi: Dövlət Statistika Komitəsi üçün keçirilən kütləvi “marafon”
Bu ilin 15 iyul–15 avqust tarixlərində ölkə üzrə kənd təsərrüfatı sahəsində siyahıyaalma prosesi həyata keçirilir. Qeyd edək ki, bu proses Nazirlər Kabinetinin 357 nömrəli Qərarı — “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli Sərəncamının 5.1.2.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul olunub. Həmin qərara əsasən, 2025-ci ilin 15 iyul–15 avqust tarixlərində də növbəti siyahıyaalma həyata keçiriləcək.
Lakin Dövlət Statistika Komitəsinin Quba Rayon Statistika İdarəsi tərəfindən Qubada həyata keçirilən bu dövlət əhəmiyyətli proses zamanı ciddi korrupsiya iddiaları ortaya çıxıb.
Belə ki, Quba Rayon Statistika İdarəsinin inzibati ərazilər üzrə təyin etdiyi sayıcıların siyahısı saxtalaşdırılaraq, onların adından istifadə etməklə hər birinə dövlət büdcəsindən ayrılmış təxminən 600 manat məbləğində vəsaitin bir qisminin yığıldığı, ümumilikdə isə hər inzibati ərazi üzrə 1000 manat pulun Dövlət Statistika Komitəsinə təhvil verildiyi iddia olunur.
İddialara əsasən,bu məbləğ faktiki olaraq siyahıyaalma prosesində iştirak edən sayıcıların ümumi məvacibindən toplanır və yenidən Quba Rayon Statistika İdarəsinə təqdim olunur.
Bunun qaçılmaz bir tələb qismində səsləndirildiyi və hətta keçirilən ümumi iclaslarda belə aşkar formada ifadə edildiyi bildirilir.
Məsələ ilə bağlı Quba Rayon Statistika İdarəsinin rəisi Sahib Məmmədovla əlaqə saxladıq. O, “7Times.az”a verdiyi açıqlamada səsləndirilən iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
Follow @7timesaz