Kəndin dərin və keçilməz kanallarla bölünən örüş sahələri, dəmir çərçivəli giriş qapıları və əraziyə çəkilən yüksək gərginlikli elektrik xətləri… O kanalın digər tərəfində isə kiçik bir torpaq sahəsində sıxışıb qalan, kənd sakinlərinə məxsus heyvan sürüləri.
Şabran rayonunun Qarabağlı qəsəbə sakinləri artıq bir neçə ildir ki, əsas məşğuliyyətləri olan maldarlıq fəaliyyətlərini məhdud imkanlar və ciddi çətinliklərlə davam etdirməyə çalışırlar.
İddialara görə, əvvəllər kəndin ümumi istifadəsində olan 120 hektarlıq örüş sahəsinin böyük hissəsi Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov tərəfindən mənimsənilərək özəlləşdirilib. Sakinlər bildirir ki, hazırda örüş üçün cəmi 20–25 hektar sahə qalıb.
Daha ətraflı “7Times.az”ın hazırladığı reportajda:
Follow @7timesazCəlal Fərzəliyev
Samirə İsrafilova