Gəncə Şəhər BPİ-nin Növbətçi hissələri idarəetmə xidmətinin rəisi Elnur Quliyev Daxili İşlər Nazirliyi orqanlarında xidmətdən xaric edilib.
Buna səbəb isə Elnur Quliyevin Xaçmaz RPŞ-nin DYPB-nin rəisi vəzifəsində işləyərkən müxtəlif şəxslərlə ticarət əlaqələri qurması, onların etibarından istifadə etməklə borc alması və qaytarmaması olub.
Qeyd edək ki, hazırda Elnur Quliyev barəsində Xaçmaz Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi və vəzifə cinayətləri ilə bağlı cinayət təqibi üzrə araşdırma aparılır.
Follow @7timesaz


