Ölkə

Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah “Qarasu-Abdulabad” yeraltı daşıyıcı qaz kəmərinin və üzərindən ayrılan qollarında kipliyin sınağı ilə əlaqədar Sabirabad və Hacıqabul rayonlarının bəzi kəndlərində qaz olmayacaq.

7Times.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

“Qarasu Əhali” qaz ölçü qovşağından qidalanan diametri 315 mm-lik PE orta təzyiqli “Qarasu-Abdulabad” yeraltı daşıyıcı qaz kəmərinin və üzərindən ayrılan qollarında kipliyin sınağı ilə əlaqədar 03.07.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun 16 kəndində – Quruzma, Qaraqaşlı, Qəzli, Yenikənd, Kovlar, Axısxa, Surra, Qaralı, Balvar, Həsənli, Cavad, Türkədi, Əlicanlı, Yollçubəyli, Narlıq, Zəngənə kəndlərində (ümumi 7255 abonent), Hacıqabul rayonunun 9 kəndində – Abdulabad, Kolanı, Talış, I Meyniman, II Meyniman, Axtaçı-Şirvan, Ağacanlı, Ələtli, Bürvənd kəndlərində (ümumilikdə 2315 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır”, – məlumatda qeyd olunur.