Bu günədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 55 950 borcalana 3,675 milyard manat kredit verilib.
Bu barədə İKZF məlumat verib.
Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 581 milyon manata bərabər olub.
8 253 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.
Follow @7timesaz