Ölkə

“Donald Tramp sülhsevər və sülhü gətirə biləcək insandır” İlham Əliyev

“Donald Tramp sülhsevər və sülhü gətirə biləcək insandır” – İlham Əliyevbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Donald Tramp sülhsevər və sülhü gətirə biləcək insandır.

“7Times.az” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.

Dövlət başçısı təəssüflə qeyd edib ki, 30 il davam edən işğal dövründə ABŞ administrasiyası və Minsk Qrupu həmsədrlərinin əsas məqsədləri o idi ki, bu münaqişə (Ermənistanla Azərbaycan arasında – red.) dondurulsun:

“Halbuki bu istiqamətdə BMT-nin qətnamələri var idi, amma onların məqsədi bu məsələni dondurmaq idi. Onlar birgə sinxron şəkildə çalışırdılar, Minsk Qrupunun fəaliyyəti münaqişənin həlli deyildi, əksinə, işğalı müddətsiz etmək idi”.

İlham Əliyev vurğulayıb ki, Donald Trampın yanaşması fərqli idi, o, sülhsevər və sülhü gətirə biləcək insandır:

“O, dünyanın müxtəlif bölgələrində artıq 8 müharibəni dayandırıb. Bu onun baxışı, təbiəti və siyasətidir. Azərbaycan-Ermənistan məsələsində də onun rolu çox vacib idi, çünki Azərbaycan və Ermənistan danışıqların yekun mərhələsində olarkən Tramp və onun komandası elə bir çərçivə yaratdı ki, sülh mümkün oldu. Onlar bizim narahatlıqlarımızı başa düşürdülər, dərk edirdilər ki, Zəngəzur dəhlizi vacib layihədir. Çünki bu, Azərbaycanın özünü Naxçıvan bölgəsi ilə birləşdirəcək. Bir sözlə, onlar çox səmərəli şəkildə işlədilər, Ermənistana da izah etdilər ki, bu sülh onlara da lazımdır”.