Bakının 17 nömrəli xüsusi təyinatlı körpələr evi-uşaq bağçasında uşaqlara tibbi və inkişafyönümlü xidmət göstərilməsi ilə bağlı bəzi ştat vahidlərinin ləğv edildiyi müəyyən olunub.
7Times.az xəbər verir ki, bu, Ombudsmanın monitorinq qrupunun müəssisədə keçirdiyi yoxlama zamanı üzə çıxıb.
Monitorinqdə tədris materiallarının bağçanın öz imkanları hesabına təmin edildiyi də müəyyənləşib. Müəssisədə xüsusi təyinatlı qruplarla yanaşı, ümumi təyinatlı qruplar da fəaliyyət göstərir. Bağçanın nizamnaməsinin mövcud tələblərə uyğun hazırlanması istiqamətində iş aparıldığı bildirilib.
Ombudsman əvvəllər illik məruzələrində məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatlarına uşaq psixoloqu vəzifəsinin əlavə edilməsini təklif edib. Monitorinqin sonunda aşkar olunan məsələlər müəssisə rəhbərliyi ilə müzakirə olunub və tövsiyələr verilib.
Follow @7timesaz


