Dünya

ABŞ Senatı Trampa bəraət qazandırdı

ABŞ Senatı Trampa bəraət qazandırdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Senatında sabiq Prezident Donald Trampın impiçmenti üzrə yekun səsvermə keçirilib.

7times.az ABŞ KİV-nə istinadla xəbər verir ki, Senat impiçment prosesi çərçivəsində D.Trampa bəraət qazandırıb.

İmpiçmentin baş tutması üçün 100 senatordan 67-si impiçmentin lehinə səs verməlidir, lakin 57 senator impiçmentin lehinə, 43 senator isə impiçmetin əleyhinə səs verib.

Beləliklə, demokratların D.Trampa ikinci dəfə impiçment elan etmə cəhdi uğursuz olub.

Qeyd edək ki, Donald Tramp qiyama təhrikdə ittiham edilirdi. Yanvarın 6-da onun tərəfdarları Kapitoli binasına soxularaq Cozef Baydenin qələbə qazandığı prezident seçkilərinin nəticələrinin təsdiqinə müvəqqəti mane olublar.

Xatırladaq ki, Tramp ABŞ tarixində Konqresin aşağı palatası tərəfindən haqqında iki impiçment qərarı çıxarılmış ilk prezidentdir.  modern.az