Ölkə

Aİ Şurasının nümayəndə heyəti Azərbaycana gəlir

Aİ Şurasının nümayəndə heyəti Azərbaycana gəlirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun (COEST) nümayəndə heyəti Ermənistana səfərindən sonra Azərbaycana səfər etməyi planlaşdırır.

7Times.az bildirir ki, bu barədə “Report”un Avropa bürosu Avropa təsisatlarındakı mənbələrinə istinadən xəbər verir.

Mənbələrin sözlərinə görə, nümayəndə heyətinin səfəri Aİ-Azərbaycan münasibətlərini və regional məsələləri müzakirə etmək məqsədi daşıyır və Aİ-nin regiondakı tərəfdaşlarla müntəzəm dialoq və əməkdaşlığının bir hissəsidir.