ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatlarda koronavirus (COVİD-19) qurbanlarının sayının 500 minə çatması ilə əlaqədar ölkədə matəm elan edib.
7times.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Cen Psaki bildirib.
Onun sözlərinə görə, ölkədə bayraqlar 5 günlük endiriləcək.
Qeyd edək ki, ABŞ koronavirusa yoluxanların və bu infeksiyadan ölənlərin sayına görə dünyada liderlik edir.
Pandemiyanın statistikasını aparan “Worldometer” saytının məlumatına görə, bu saatadək ölkədə 28 772 351 nəfərdə COVİD-19 aşkarlanıb, onlardan 511 374-ü vəfat edib.
Follow @7timesaz