İranın Azərbaycandakı səfirliyi koronavirusla mübarizə dövründə İrana səfərin qaydalarını açıqlayıb.
Bu barədə 7times.az-a İran səfirliyindən məlumat verilib.
İran səfirliyi bildirir ki, İran İslam Respublikasnın Koronavirusla Mübarizə üzrə Qərargahı tərəfindən qəbul edilmiş qaydalara əsasən, yeni növ COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə İrana səfər etmək istəyən bütün xarici vətəndaşlar, o cümlədən Azərbaycan vətəndaşları səfərdən öncə giriş icazələri almalıdılar:
“Bununla əlaqədar İrana səfər etmək istəyən Azərbaycan vətəndaşları əvvəlcə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan çıxış icazəsi almalı və daha sonra isə İran İslam Respublikasnın Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinə müraciət etməklə qeydiyyatdan keçərək İrana getmək üçün giriş icazələri almalıdılar”.
Follow @7timesaz