Ölkə

“Heydər Əliyev hara, boyu 1metr 35 sm olan Ramiz Mehdiyev hara…” – İTTİHAM

“Heydər Əliyev hara, boyu 1metr 35 sm olan Ramiz Mehdiyev hara…” – İTTİHAMbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mehdiyev getdi. Bu gediş açıq-aydın görsətdi ki, AMEA onun yeri deyilmiş. Keşkə. elmidən uzaq birisi ora rəhbər göndərilməyəydi. Həddini aşan söz-söhbətlər də bü dərəcədə şişib aləmi başına götürməzdi. İki ilyarım ərzində Azərbaycan ictimaiyyəti tarixin heç bir dönəmində rastlaşmadığı, görmədiyi günləri yaşadı. İntiriqan mühit, lazımsız dedi-qodular, kollektivi zinhara gətirən  ziddiyyətli qarşıdurmalar insanları ümidsizliyə qapatmışdır. Xüsusilə gənc alimlərə qarşı nümayiş etdirilən laqeyd rəftar, onların vətən və dövlət naminə həvəslə çalışmalarına şərait yaratmaq əvəzinə əksinə akademiyanın gələcəyini təhlükə altına alacaq çirkli işlərin aparılmasına böyük start verilmişdir. Yeni rəhbərlik çirkli abu-havanı vaxt itirmədən  təmizləməyə cəhd göstərməzsə, sonralar  AMEA-nı əvvəlki məcrasına qaytarmaq çox çətin olacaqdır. Vəziyyət bizim təsəvvür etdiyimizdən də mürəkkəbdir.
Mehdiyevşünaslıq çox qorxulu və təhlükəli cərəyandır.  Bu adam antiAzərbaycan fəaliyyətilə  hələ Moskvada oxuyarkən rusların xüsusi xidmət orqanları  tərəfindən məxfi əməkdaşlığa cəlb edildiyi günlərdən  İsbat üçün söykənəcək üç mötəbər əsasım vardır. Birincisi, rusların 1828-ci ildən başlayaraq  çağdaş dövrümüzə qədər millətimizin, xalqımızın başına açmadığı fəlakət, faciə qalmayıb. Buna qarşı əlində yüngül bir dəlili varsa çıxarsın qoysun ortalığa, əllərimi həmən qaldırım yuxarı. Yaxud 20 yanvarda rus ordusunun gecəykən Bakya qoşun yeridərək dinc əhalini gülləbarana tutmasına bir kəlməlik etirazını xatırlayırsınızmı!?  Onun həyat və fəaliyyətinə bələd olan adamlar yaxşı bilirlər ki, harada işləməsindən asılı olmayaraq  ilk həyata kecirəcəyi iş insanları bir-birinə salışdırıb özü üçün siyasi fayda götürməkdən ibarət olub. Halbuki meydanda cəsarətli, nümunəvi fakt mövcud idi. Rəhmətlik Heydər Əliyevin siyasi varisi və hazırkı prezidentimiz  İlham Əliyevlə birlikdə bütün təhlükələrə rəğmən Azərbaycanın nümayəndəliyinə gələrək Bakıda Rusiya ordusunun törətdiyi qırğına etiraz əlaməti olaraq kəskin siyasi bəyanatla çıxışı yaddaşlardan silinməyib. 5-ci kalonun Azərbaycan üzrə rəhbəri Ramiz  Mehdiyev Heydər Əliyevdən nümunə.götürə bilməzdi. Heydər  Əliyev hara, boyu 1metr 35 sm  olan  Ramiz  Mehdiyev hara!!! Onun məşhur bir tələsi də var.
Vurduğu adamlar barədə görün hansı vasitələrdən istifadə edib!? Əvvəlcə prezidentin qəbuluna özünə yaxın olan 2-3 adamını göndərər və həmin şəxs haqda mənfi fikir formalaşdırdıqdan sonra dövlət başçısının yanına özü təşrif buyurardı. Artıq hər şey hazırdı…Onun bu tülkü xisləti 10 ildən çoxdur ki, yeriyə bilmir. Belə çörək yemək doğrudan haramdır. AMEA-nın keçmiş prezidenti şəxsi maraqlarını, köhnəlmiş ideoloji düşüncələrini mühafizə etmək üçün müqəddəs məbəddən bir vasitə, bir siyasi dayaq kimi istidadə edib. Bu riyakar siyasəti istəsə belə bundan sonra heç nə ilə ört-basdır edə bilməyəcəkdir. Maskası tamamilə cırılıb. Ölkəni başına götürən ahtimehdiyev hərakatına baxmayaraq dünya sanki onun vecinə deyil. Gündə bir siyasi bəyanat və açıqlama ilə çıxış edən AMEA-nın keçmiş rəhbərinin gurultulu səsi ölkə xaricindən artıq kənarlara çıxıb. O bunu qəsdən gündəmə gətitmişdi. Amerikanın səsi, Azad Avropa, Bi-bisi, Azadlıq kimi nəhəng radiostansiyalar Boz Kardinal adı ilə məşhurlaşan və iki il əvvələ qədər çox mühüm dövlət postunu tutan bu şəxsə istinad edərək Azərbaycanda demokratik prinsiplərin pozulduğu, insan hüquq və azadlıqlarının tapdanması,  saxta parlament seçkilərinin keçirilməsi barədə qeyri-obyektiv, qərəzli məlumatlar yayılır və lazımsız təhlillər aparırdılar.İndi də mövzu onların diqqətindən düşmür. Bu gün Elmlər Akademiyasında Ramiz müəllimin timsalında baş verən ikrahdoğurucu mənzərənin qara rənglərini Adam dəhşətə gəlir. Necə yəni sənə yüksək etimad göstərilsin, sən də ona bu cür dəyər verəsən!? Ağla yerləşən məsələ deyil. Əslində hər şey aydındır… Hətta o dərəcədə aydın və aşkardır ki, böyük əziyyətlə yaradılmış milli ATLAS-ı, möhtərəm prezidentimizin birinci səhifədə yazdığı ön sözlə birlikdə portret-fotosu olan 100-dən artıq  nüsxəsini guya təmizlik işləri adı ilə zibil arabasına yüklədib küçəyə atdırıb. Başqa bir dəhşətli fakt deyəcəyəm. ” Cənubi Qafqaz 1903-cü il” adı ilə çar Rusiyasının hərbiçi mütəxəssisləri tərəfindən hazırlanan və nəşr edilən xəritədə Ermənistana aid bir dənə də olsun  coğrafi yer adlarına, toponimlərə rast gələ bilməzdin. Deyilənə görə bu unikal siyasi xəritə Milli ATLASLA birlikdə Mehdiyev cənablarının idarəetmədəki özbaşınalığı sayəsində çölə tökülmüşdür. Halbuki hər iki tarixi sənədin çap edilib çoxaldılması və maliyyəsi barədə şəxsən Prezidentimiz sərəncam vermişdir. İşə silahlı polisin müşayiətilə gəlib-gedən akademikdən bundan artıq nə gözləmək olardı?! Akademiyanın bütün institutları demək olar ki, eyni gündədir, neqativ hadisələr, cərəyan edən mənfi proseslər tezliklə aradan qaldırılmadığı təqdirdə  elmi kollektiv yaradıcı fəaliyyətindən tamamilə uzaqlaşacaq və mənfi meyllər sərbəst şəkildə özünə daha dərin köklər arayıb axtaracaqdır. Açıq-aşkar burada bir qərəzin və siyasi qəsdin yapıldığı görünür. Yaxşı sual olunur, səbəb nədir ki, bu gün 100-lə gənc elmi kadr  AMEA-kı problemlərə dözməyib ölkəni tərk edirlər? Heç nə yox bunun mənəvi məsuliyyətdən Ramiz Mehdiyev heç cürə qaça bilməyəcəkdir. Haçansa izahını və cavabını  mütləq verəcəkdir.
 On mindən çox insanın çalışdığı böyük bir kollektiv, 5500 elmlər doktorunu və professoru birləşdirən bu elmi məbədgah AMEA prezidenti Ramiz Mehdiyev necə istəyir o cür də idarə edirdi. Bu, bir ordudur. İndi bu ordudan əsər-əlamət qalmayıb. Rəhbər işçilərdən Elmi İnstitutların nə rəhbərlikləri, nə də institutda vəzifə tutan bəzi əməkdaşlarının AMEA-ilə heç bir əlaqəsi və elmi işə buradan başlamadıqları haqda mövcud faktların sübuta ehtiyacı yoxdur. Ramiz Mehdiyevin özünün də bu məsələlərdən ətraflı məlumatı vardır. Lakin təsirli tədbir görmədi.
Bu adamın işi-gücü köhnə vərdişinə uyğun olaraq məbədgahın işıqlı şəxsiyyətlərini  özündən asılı vəziyyətə salmaqdan ibarətdir. Məqsədli şəkildə, haralarınsa xüsusi tapşırığı ilə bu məkrli planı yerinə yetirir. Ona görə də AMEA-nı siyasi intriqalar mərkəzinə çevirməsinə heç də təsadüfi hal kimi yanaşmaq lazım deyil. Mehriban, səmimi bir kollektivdə indi artıq narazılıq ocağı alışıb yanmaqdadır. İntriqa və çəkişmələr mühiti az qala hamını bir-birinə düşmən edib. Bu qəsdin arxasında əsas təşəbbüskar müəllifi kimi Ramiz Mehdiyevin özü şəxsən dayanır. Yüksək etimad müqabilində onun  dövlət siyasətinin ziddinə gedərək oportunist mövqe ortaya qoyması  çox ciddi satqınçılıqdan xəbər verir.
   Hakimiyyətin səmimi münasibətinə cavab verəcək müsbət yol seçilməliydi. Lakin biz əksini müşahidə etdik. Nəhəng elmi məbədə ayaq basdığı gündən buranı siyasi bazara döndərməsi faktdır və bunu deyərkən sözümün məsuliyyətini də dərk edirəm.  Başlıca istəyi və arzusu PA- nın rəhbəri işlədiyi zamanlarda  dövlət başçısından cəmiyyəti necə narazı salmaq məqsədi güdürdüsə, indi də  rahatlıqla belə bir ovqatı elm adamlarının düşüncəsinə yeritməyə çalışırdı. Nəhayət ki, Moskva bu  dəfə köməyinə çata bilmədi. O, EA-nın yeni rəhbərliyinin çiyinlərİ üzərinə ağır yük qoyub getdi…Onu heç bir halda boş buraxmaq olmaz.