“Cənab Prezident konkret dedi ki, bu Moskvanın Qarabağa göndərdiyi adamdır. Onun Qarabağa heç bir aidiyyatı yoxdur. Ümumiyyətlə onun heç Ermənistana da aidiyyatı da yox idi”.
Bu fikirləri deputat Rasim Musabəyov”7Times.az”a açıqlamasında deyib. Millət vəkili Rusiyayanın “Vardanyan planı”ı ilə bağlı sualları şərh edib:
“Bir il bundan qabaq gedib Ermənistanda vətəndaşlıq alıb. Özünü təqdim edirdi ki, əli qana batamayıb. Müasir adam olduğunu deyirdi. Sülh yaratmaq istədiyini qeyd edirdi. Axı sənin bu bölgəyə heç bir aidiyyatın və bağlılığın yoxdur. Onun heç bir missiyasi olmayacaq. O Qarabağda yoxdur. Rusiya da hiss olunur ki, bununla bağlı tərəddüd edir. Ruben Vardanyanın hər yerdən qolunu bağalayandan sonra, özü Qarabağdan çıxıb gedəcək”.
Follow @7timesaz