Ölkə

“Artıq mesajlar öz ünvanına çatıbdır ” – Politoloq

“Artıq mesajlar öz ünvanına çatıbdır ” – Politoloqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Türkiyə hərbçiləri birgə Azərbaycan-İran sərhədində hərbi təlimlərə başlayıb. Hərbi təlimlər Şuşa Bəyannaməsinə əsasən hərbi əməkdaşlığın artırılması fonunda təşkil olunub. Eyni zamanda, son günlər İran və Azərbaycan arasında artan gərginliyin fonunda da təlimlərin təşkil edildiyini deyə bilərik”.

Bu fikirləri “7Times.az”a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib. O qeyd edib ki, Azərbaycan qardaş Türkiyə ilə araz çayı üçərində təlimləri icra etməklə İrana mesaj vermiş oldu:

“Digər pərdəarxası məqam isə qardaş Türkiyə ilə keçirilən təlimlərdə verilən mesaj idi. Ən maraqlı məqam isə təlim zamanı araz çayı üzərinə atılan  panton körpülər oldu. Xatırlayırsızsa, İran da  Azərbaycanla sərhəddə təlim keçirən zamanı araz çayı üzərinə panton körpülər atmışdı. Bu bir əzələ nümayiş idi. Azərbaycan da qardaş Türkiyə ilə araz çayı üçərində bunu icra etməklə cavabını qaytarmış oldu. Təlimlərin çox böyük ciddi əhəmiyyəti var. Azərbaycan və Türkiyə qardaş dövlət olaraq hər zaman bir-birinin maraqlarını müdafiə ediblər. İran tərəfi də daxilində baş verən gərginliklər fonunda təlimlərin keçirilməsinin mesaj olduğunu yaxşı başa düşür. Düşünürəm ki, Azərbaycan tərəfi bundan sonra da istənilən təhdidin cavabını bundan da artığını verəcək. Artıq mesajlar da öz ünvanına çatıbdır”.