Ölkə

Azərbaycan o yola sülhməramlılarla birgə nəzarət etməldir Deputatdan açıqlama

Azərbaycan o yola sülhməramlılarla birgə nəzarət etməldir – Deputatdan açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ümumiyyətlə, sülhməramlı missiyanın əsas məqsədi ondan ibarətdir ki, iki münaqişə edən tərəfin arasında olsun. Heç bir tərəfi birmənalı şəkildə dəstəkləmədən hərbi qarşıdurmanın qarşısını alsın, eyni zamanda nəzarət etdikləri əarzilərdə silah-sursatdan istifadə olunamsına imkan verməsin”. 

Bu fikirləri “7Times.az”a açıqlamasında deputati, politoloq Arzu Nağıyev deyib.

Qarabağda olan Rusiya sülhməramlı qüvvələrin BMT-nin və özlərinin mandatına uyğun olmayan addımlar atdıqlarını xatırladan deputat bildirib ki, Azərbaycan ərazilərinə texnikaların keçirilməsi, İran vətəndaşlarının qanunsuz yollarla gəlişi sülhməramlıların ziyanlı mərama xidmət etdiklərini göstərir:

“Sülhməramlı kontingentin komandanı Volkov da etiraf etdi ki, onlar gəlib-gedişə güclü nəzarət edə bilmilər və buna görə də mini gömrük postları qurulacaq. Gorus-Xankəndi yolundan keçən ərazidə müasir qurğulardan istifadə edərək, avtomobillərin yoxlanılmasını Azərbaycan tərəfi ilə birgə həyata keçirmək lazımdır. Bu çox mühüm məsələdir. Məhz Azərbaycan tərəfinin ciddi təkidlərindən, eyni zamanda Rusiya-Türkiyə Monitorinq Mərkəzinin məlumatlarından sonra mütləq şəkildə bu nəticə əldə olundu. Azərbaycan tərəfi sülhməramlıların missiyalarını düzgün yerinə yetirməsi üçün istər gömrük postunda, istərsə də müvafiq hüquq-mühafizə orqanlarının iştirakı ilə işlər aparacaq. Həmin o yolun nəzarətində Azərbaycan nümayəndələri də də mütləq iştirak etməlidir. Artıq bu məqam tam yetişib”.