Dünya

ABŞ-da spikerin evinin önünə donuz başı atıldı – FOTO

ABŞ-da spikerin evinin önünə donuz başı atıldı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naməlum şəxslər ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin San Fransiskodakı evinin divarlarına qrafiti çəkiblər.

7times.az xəbər verir ki, bu barədə ölkənin “KRON 4” telekanalı məlumat yayıb.

Məlumata əsasən, qaraj qapısındakı yazılar arasında üzərindən xətt çəkilmiş “$ 2K” məbləği (Demokratlar pandemiya dövründə hər amerikalıya yardım olaraq birdəfəlik 2 min dollar təklif edir), “Kirayəni ləğv edin!”, “Hamısını istəyirik!”, “Universal minimum gəlir” yazıları əks olunub. Kənarlarda anarxistlərin iki simvolu — dairə içərisində “A” hərfi də yazılıb.

Bununla yanaşı, evin önünə bir donuz başı atılıb və ətrafa süni qan tökülüb.

Sözügedən qan yuyulub, qapıya qara lent çəkilib.axar.az