Gündəm

AMEA Ziya Məmmədovun qardaşının vəzifəyə təyin olunması xəbərini təkzib etdi

AMEA Ziya Məmmədovun qardaşının vəzifəyə təyin olunması xəbərini təkzib etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünən bir sıra kütləvi informasiya vasitələrində yayılıb ki, AMEA İşlər idarəsinin müdiri, texnika elmləri doktoru, professor Elton Məmmədov guya AMEA-nın Radiasiya Problemləri İnstitutunun baş direktoru vəzifəsinə təyin edilib. İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan bu məlumatın heç bir əsası yoxdur”.

7times.az xəbər verir ki, AMEA-nın Mətbuat və informasiya şöbəsinin yaydığı məlumatda belə deyilir.

Bildirilir ki, professor Elton Məmmədov hazırda da AMEA İşlər idarəsinin müdiri vəzifəsində öz fəaliyyətini davam etdirir.