Ölkə

Aran rayonlarında 38 dərəcə isti olub – FAKTİKİ HAVA

Aran rayonlarında 38 dərəcə isti olub – FAKTİKİ HAVAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 20-si saat 09:00-a olan məlumatına əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

 

Bu barədə 7Times.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, iyunun 19-u axşam yağıntılar tədricən kəsilib, 20-si gecə və səhər hava şəraiti əsasən yağmursuz keçib.

 

Düşən yağıntının miqdarı Oğuz 11 mm, Şəki 6 mm, Xaltan 3 mm, Qrız 1 mm-dək olub.

 

Havanın temperaturu havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda 27, yüksək dağlıq ərazilərdə 14 dərəcəyədək isti olub.