Region

Azad olunmuş ərazilərdə faydalı qazıntı yataqları istifadəyə veriləcək

Azad olunmuş ərazilərdə faydalı qazıntı yataqları istifadəyə veriləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İşğaldan azad edilmiş regionlarımızda zəngin faydalı qazıntı yataqları aşkar edilərək istifadəyə veriləcək”.

7times.az xəbər verir ki, bu barədə Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.

“Real sosial-iqtisadi və siyasi dəyişikliklər bizi geoloji kəşfiyyat işlərinin strateji planı və prioritetlərində bir sıra ciddi düzəlişlər etməyə məcbur edib. Bura işğaldan azad edilmiş regionlarımızda zəngin faydalı qazıntı yataqları, yeraltı su ehtiyatlarının axtarışı daxildir. Bizim əsas prioritetlərimiz işğaldan azad edilmiş ərazilərdə mineral xammal ehtiyatlarının kəşf edilməsi, monitorinqi, yenidən qiymətləndirilməsi və xalqımızın istifadəsinə verilməsi olacaq”.

Xidmət rəisi bildirib ki, Kəlbəcər rayonu ərazisində kəşf olunan faydalı qazıntı yataqların istismarı ön plandadır. Artıq bununla bağlı ilkin mərhələyə başlanılıb: “Biz əvvəlcə bu yataqların diaqnostikasını aparmalıyıq. Sonra onların effektivlik və önəmlilik dərəcəsinə görə istismarı nəzərdə tutulur. Paralel olaraq yataqların istismarı və minerallaşma zonalarında dəqiq axtarış işlərinin aparılması planlaşdırılır”.

Ə. Əliyevin sözlərinə görə, Qarabağ bölgəsində 167 faydalı qazıntı yatağı var və həmin yataqlar 1993-cü ilə qədər kəşf edilərək dövlət və sahə balanslarına daxil edilib. Lakin bu say son hədd deyil: “Bu regionda 500-dən artıq yatağın artıq formalaşmasına və ehtiyatlarının hesablanmasına imkanlar var. Çünki bu ərazidə minerallaşma, filizləşmə zonaları var. Zaman-zaman onların axtarış-qiymətləndirmə və kəşfiyyatı yerinə yetirilməklə ehtiyatlarının hesablanacaq. Əsas  yataqlardan “Söyüdlü” qızıl-sulfid yatağı, “Qızılbulaq” qızıl yatağı, “Dəmirli” mis yatağı və “Vejnəli” qızıl yatağının adını çəkmək olar”.

Xidmət rəisi həmçinin əlavə edib ki, Kəlbəcər rayonunun ərazisi termal sularla zəngindir.