Ölkə

Azərbaycan Milli İncəsənət Muzeyinə yeni direktor təyin edilib

Azərbaycan Milli İncəsənət Muzeyinə yeni direktor təyin edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru vəzifəsinə yeni təyinat olub.

Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Şirin Yaşar qızı Məlikova muzeyin direktoru təyin edilib.
Şirin Məlikova 1978-ci il noyabrın 4-də Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Sənətşünaslıq fakültəsindən məzun olub. 1999–2001-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə magistraturada oxuyub. 2007-ci ildə “Azərbaycan XIV–XVIII əsrlər bədii parça və tikmələri” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2008–2019-cu illərdə ADMİU-da və ADRA-da pedaqoji fəaliyyət göstərib. 2016-cı ildən son təyinatadək Azərbaycan Milli Xalça Muzeyinin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Azərbaycan Milli İncəsənət Muzeyinin sabiq direktoru Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev yaşla əlaqədar təqaüdə çıxıb.

Nuranə 

7Times.az