Ölkə

Azərbaycan NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzinə qoşulub

Azərbaycan NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzinə qoşulubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzinə (DGMM/MARSEC COE) qoşulması üçün texniki razılaşma imzalanıb.

7Times.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə MN məlumat yayıb.

Qeyd olunub ki, sənədə imzanı DGMM sponsor ölkələri – Türkiyə, Portuqaliya, Rumıniya, Yunanıstan və Azərbaycan nümayəndələri atıb: “Bu tənzimləmə (sənəd) ilə NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzində Azərbaycan bayrağı dalğalanacaq və mərkəzdə Azərbaycanlı şəxsi heyət daimi fəaliyyət göstərəcək”.

NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi haqqında

NATO-nun dəniz təhlükəsizliyi sahəsində ixtisaslaşmış tədqiqat və təlim mərkəzlərindən biridir. Bu cür Mükəmməllik Mərkəzləri (Centres of Excellence – COE) NATO-nun müttəfiq ölkələri tərəfindən təsis edilir və hərbi, eləcə də strateji sahələrdə alyansa dəstək vermək məqsədini güdür.

Mərkəzin əsas funksiyaları:

-Dəniz təhlükəsizliyinin gücləndirilməsi – dəniz əməliyyatlarının təhlükəsizliyini artırmaq üçün strategiyalar və təlimatlar hazırlayır.
-Tədqiqat və təhlil – dənizdəki təhdidləri və riskləri araşdıraraq NATO ölkələrinə tövsiyələr verir.
-Təlim və tədris proqramları – NATO və tərəfdaş ölkələrin dəniz qüvvələri üçün təlimlər keçirir.
– Beynəlxalq əməkdaşlıq – dəniz təhlükəsizliyi ilə bağlı müttəfiq və tərəfdaş ölkələrlə birgə fəaliyyət göstərir.

Mərkəzin yerləşməsi və təşkili

NATO-nun Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi 2023-cü ilin mart ayında rəsmi olaraq Türkiyənin İstanbul şəhərində fəaliyyətə başlayıb. Mərkəz Türkiyə Hərbi Dəniz Qüvvələrinin təşəbbüsü ilə yaradılıb və NATO-nun təsdiqlədiyi ixtisaslaşmış bir qurumdur.

Bu mərkəz NATO daxilində dəniz təhlükəsizliyi sahəsində bilik və təcrübənin inkişafına xidmət edir və müasir dövrdə dənizdə artan risklərə qarşı effektiv həll yolları təklif edir.