2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2592.7 kq qızıl, 3218.1 kq isə gümüş istehsal edilib.
“7Times.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.6%, gümüş istehsalı isə 19% artıb.
Qeyd edək ki, 2025-cü il noyabr ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 69.7 kq və 699.1 kq təşkil edib.
Xatırladaq ki, 2024-cü il ərzində ölkədə 2663.5 kq qızıl, 3184.9 kq isə gümüş istehsal edilib.
Follow @7timesaz


