Ölkə

“Baku Electronics” rəqabət qanunvericiliyini pozub

“Baku Electronics” rəqabət qanunvericiliyini pozubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi daxil olmuş müraciətlər əsasında “Baku Electronics” MMC-nin fəaliyyəti ilə bağlı araşdırma aparıb.

Bu barədə Agentlikdən bildirilib.

Məlumata görə, araşdırmanın predmetini “YOSHIRO” adlı televizorların satışı ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması hallarının olub-olmaması təşkil edib.

Araşdırma nəticəsində rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyi üçün rəqabət qanunvericiliyinin pozulması haqqında iş qaldırılması məsələsinə baxılması üçün rəqabət komissiyasının yaradılması barədə qərar qəbul edilib.