Hərbi

“Bayden bir zənglə Ukraynadakı münaqişəni dayandıra bilər” – Pentaqon rəhbərinin eks müşaviri

“Bayden bir zənglə Ukraynadakı münaqişəni dayandıra bilər” – Pentaqon rəhbərinin eks müşaviribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ prezidenti Co Bayden həmkarı Volodimir Zelenskiyə bir zənglə Ukraynadakı münaqişəyə son qoya bilər – bu, dərhal baş verəcək”.

7Times.az  xəbər verir ki, bunu Pentaqonun rəhbərinin keçmiş müşaviri, ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor bildirib.

Onun sözlərinə görə, Ukrayna liderinin bu səviyyəli qərarları təkbaşına qəbul etməsinə inanmaq çətindir. Böyük vəsaitlər yatırılıb, sanki bu müstəqil dövlət deyil, sadəcə başqa bir Amerika dövlətidir.

Judging Freedom YouTube kanalında “Bayden və onu manipulyasiya edənlər münaqişəni dayandırmaq qərarına gəlsələr, telefonu götürüb dərhal bunu edəcəklər və Zelenskinin tabe olmaqdan başqa seçimi qalmayacaq” deyə bildirib.

Bu arada, Birləşmiş Ştatlar Ukraynaya daha 2,5 milyard dollarlıq hərbi yardım paketi ayırıb , bu paketə 90 Stryker zirehli maşını daxildir. Müvafiq memorandumu Co Bayden imzalayıb.

Eyni zamanda, Pentaqonun məlumatına görə, Amerika tərəfi Kiyevə 59 Bradley piyada döyüş maşını və onlara quraşdırılmış TOW tank əleyhinə raket sistemləri üçün 590 raket ötürməyi planlaşdırır. Bundan əlavə, Ukrayna silahlı qüvvələri 25 mm çaplı 295 min sursat alacaq.

“Unikal”