Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, sentyabrın 7-si saat 10:00-a olan vəziyyətə əsasən ölkənin bir sıra ərazilərində arabir leysan xarakterli yağış yağıb.
Belə ki, düşən yağıntının miqdarı Zaqatalada 6, Astarada 5, Lənkəranda 4, Sarıbaşda (Qax) 3, Oğuzda 2, Daşkəsən, Kəlbəcər, Laçın, Göygöl, Naftalan, Şəmkir, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Bərdə, Yevlax və Kürdəmirdə 1 mm-dək qeydə alınıb.
Balakən, Qusar, Qrız və Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, dağlıq rayonlarda 23, Aran rayonlarında 32, Naxçıvan MR-də 35 dərəcəyədək isti qeydə alınıb.
Follow @7timesaz