Dünya

ABŞ 8 Livan vətəndaşına sanksiya tətbiq edəcək

ABŞ 8 Livan vətəndaşına sanksiya tətbiq edəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Hizbullahla əlaqəli bir qrup Livan siyasətçisinə və təhlükəsizlik məmuruna qarşı sanksiyalar tətbiq edəcək.

7Times.az xəbər verir ki, bu barədə Dövlət Departamentindəki mənbə “Əl-Cəzirə”yə bildirib.

“Məhdudiyyətlərin hədəfində olanlar Hizbullahın tərksilah edilməsi səylərinə mane olur və Livan dövlətinin ziyanına hərəkət edirlər” – deyə, məlumatda qeyd olunur.

Sanksiyalara 8 Livan vətəndaşı və 1İran diplomatı məruz qalacaq.

Onların arasında parlament üzvləri Həsən Fədlallah, İbrahim əl-Musəvi, Hüseyn Həcc Həsən və keçmiş nazir Məhəmməd Fneiş də var.