Aktual

“Biz faciəli selfi üçün ölkə deyilik”

“Biz faciəli selfi üçün ölkə deyilik”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İşğal edilən Dnestryanı, Abxaziya, Donbas Honkonqdur, Dubaydır, insanlar oralarda xoşbəxtdir?”
“Dinc insanları, körpələri qətlə yetirmək əmrini verənlər mütləq tribunal qarşısına çıxarılacaq”
“Mariupolda insanlarımız qətlə yetirilərsə, Xersonda saxta “referendum” keçirilərsə, sülh danışıqlarının sonu demək olacaq”
Aprelin 23- də Ukrayna prezidenti Vladimir Zelenski Kiyev metrosunda böyük mətbuat konfransı keçirib. O, Odessa şəhərinin atəşə tutulmasından, Putinlə potensial görüşündən, bəzi Qərb liderlərinin “siyasi turizm”indən danışıb.
Moderator.az xəbər verir ki, bu barədə prezident Ofisinin mətbuat xidməti məlumat yayıb.
Onun sözlərinə görə, Odessaya raket zərbələri nəticəsində 8 nəfər həlak olub, 20 nəfər yaralanıb.
“Bu gün Odessaya 7 raket hücumu olub, ikisini vurmuşuq. Raketlərdən biri çoxmərtəbəli evə düşüb…Üçaylıq körpə qətlə yetirilib. Müharibə başlayanda o, bir aylıq olub. Təsəvvür edirsinizmi? Nə baş verir? İylənmiş yaramazlar. Başqa necə adlandırmaq olar ki? Başqa söz demək olmur. Sadəcə, yaramazlardır”.
“Mən hesab edirəm ki, insanları və uşaqları məhv etməyə əmr verənlər tribunal qarşısına çıxarılacaq. Buna illər lazım ola bilər, amma bizim övladlarımız bunu görəcəklər”, – Zelenski deyib.
Rusiya tərəfindən işğal edilən Xerson vilayətində “DXR” və “LXR” modeli kimi “Xerson xalq respublikası”nın yaradılması barədə “referendumun” keçirilməsinə hazırlıqla bağlı sualı cavablandırarkən Zelenski deyib ki, belə “referendum” sülh danışıqlarının sonu demək olacaq.
“Əgər Mariupolda insanlarımızı məhv etsələr, referendum elan etsələr, yeni psevdorespublikalarda psevdoreferendum keçirsələr, Ukrayna hər hansı danışıqlardan çıxacaq, – o, bəyan edib.
O, həmçinin Rusiya rəhbərliyinin “xüsusi əməliyyat”ın yeni mərhələsinin məqsədləri-
Cənubi Ukraynanın zəbt edilməsi, Krıma quru yolun açılması və Dnestanıya çıxış barədə bəyanatını şərh edib.
“Mən anlamıram, Dnestryanıya dəhliz Rusiyanın nəyinə lazımdır ki? Onlar Dnestryanı zəbt edib, Abxaziyanı zəbt edib, Donbası tutub. Nə olsun ki, oralar Honkonqdur? Dubaudır? Hansı sivilizasiya var orada? Kim oralarda xoşbəxt olub ki?”, – Zelenski sual edib.
O, qeyd edib ki, Putinlə müharibənin dayandırılması üçün danışıqlara getməyə hazırdır.
“Diplomatik və hərbi yol var. Sağlam düşüncəli istənilən adam diplomatik yolu seçərdi, çünki bu, minlərlə, bəlkə də milyonlarla insanın həyatını xilas edə bilərdi. Liderin öz iradəsilə diplomatik yoldan imtina etməyə haqqı yoxdur”.
Xarici liderlərin Ukraynaya səfərlərindən danışan Zelenski deyib:
“Biz faciəli selfi üçün ölkə deyilik”. O, BMT baş katibi Antonio Quterrişin əvvəlcə Rusiyaya, sonra Ukraynaya səfər etməyi planını tənqid edib.
“Orada nəyə baxacaq ki? Kutuzov prospektində meyitlərə? Mənə elə gəlir ki, məntiqlə əvvəlcə Ukraynaya gəlməli, baxmalı, daha sonra Rusiyaya getməlidir. Söhbət siyasi turizmdən yox, yardımdan gedir”.