Ölkə

“Bizim seçimimiz məlumdur”: Yazıçı Anardan İlham Əliyevə DƏSTƏK

“Bizim seçimimiz məlumdur”: Yazıçı Anardan İlham Əliyevə DƏSTƏKbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda Yaradıcı İttifaqların və Mədəniyyət Xadimlərinin I Qurultayı keçirilir.

 

7Times.az xəbər verir ki, qurultayda ölkədə fəaliyyət göstərən yaradıcı ittifaqların rəhbər və nümayəndələri, mədəni-ictimai xadimlər, media mənsubları iştirak edir.

 

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Rzayev çıxış edib.

“Gələn il AYB-nin 90 illiyi qeyd olunacaq. Azərbaycan Yazıçılar Birliyinin tarixində qara səhifələr, ağır günlər də olub. Amma bununla bərabər sovet dövründə Azərbaycan ədəbiyyatın yaşadan AYB olub. 44 günlük vətən müharibəsidə isə biz tarixi qələbə qazanmışıq. Bu qələbə başda Ali Baş Komandan İlham Əliyev olmaqla həm də ədəbiyyatın, incəsənətin də rolu var”, – o qeyd edib.

 

O bildirib ki, bu gün burada olan mədəniyyət işçilərinin səsi yekdilliklə məlumdur:

 

“Bizim seçimimiz yenə də cənab Prezident İlham Əliyevdir”.