Ölkə

Bu günün hava PROQNOZU: yağış, qar…

Bu günün hava PROQNOZU: yağış, qar…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.

Bu barədə ETSN Milli Hidrometerologiya Xidmətindən 7Times.az-a bildirilib.

Havanın temperaturu gündüz Bakıda və Abşeron yarımadasında 6-11° olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gündüz 9-14°, dağlarda gündüz 2° şaxtadan 3°-dək olacaq.