Dünya

Ukraynada hərbi vəziyyət uzadıldı

Ukraynada hərbi vəziyyət uzadıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski bu ilin avqust ayına qədər hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini uzadan iki qanun imzalayıb.

7Times.az xəbəer verir ki, bu barədə Ukrayna Ali Radasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, bu gün — 30 aprel tarixində prezident həmin qanunları öz imzası ilə parlamentə qaytarıb.

28 aprel tarixində Ali Rada prezidentin təqdim etdiyi qanun layihəsini qəbul edib və bununla Ukraynada hərbi vəziyyətin müddəti 2 avqust 2026-cı ilədək uzadılıb. Bu qərarı 315 xalq deputatı dəstəkləyib.

Qərara əsasən, hərbi vəziyyətin müddəti 4 may 2026-cı il saat 05:30-dan etibarən 90 gün uzadılıb, yəni 2 avqustadək davam edəcək.

Prezidentin “Ümumi səfərbərliyin müddətinin uzadılması haqqında” fərmanının təsdiqinə dair digər qanun layihəsi isə 304 deputat tərəfindən qəbul olunub. Bununla da ümumi səfərbərlik də 90 gün — 2 avqustadək uzadılıb.

Qeyd olunur ki, bu, 2022-ci ildən bəri Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətinin uzadılması üçün keçirilən artıq 19-cu səsvermədir.