Dünya

Bu, Kiyevə verilsə, Rusiya-NATO savaşı başlayacaq

Bu, Kiyevə verilsə, Rusiya-NATO savaşı başlayacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya “Patriot” verilməsi NATO-Rusiya müharibəsinə səbəb olacaq.

7Times.az  xəbər verir ki, bu sözləri NATO Baş katibinin əməliyyat məsələləri üzrə keçmiş müavini Adam Koberatski deyib.

“NATO-nun raket əleyhinə sistemlərinin elementlərinin Ukraynaya ötürülməsinə yol vermək olmaz. Əks halda bu, alyansla Rusiya arasında de-fakto müharibəyə gətirib çıxara bilər”, – deyə o bildirib.

Koberatski Kiyevə silah tədarükü ilə bağlı hazırkı danışıqları təhlükəsizlik məsələsi ilə heç bir əlaqəsi olmayan “siyasi sirk” adlandırıb. Belə ki, o, Polşa Prezidenti Andjey Dudanın “Patriot” sistemlərinin Ukrayna Silahlı Qüvvələrinə verilməsinin mümkün olmayacağı halda Polşada yerləşdirilməsi təklifini tənqid edib.