“Bizim bəzi supermarketlərdə yeni növ fırıldaqçılar var”.
Xəbər verdiyimiz kimi, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev deyib.
Deputa sözlərinə belə davam edib:
“1 manat 45 qəpiyə bakuş satılır. Onu götürüb, deyirsən ki, gedim yetim-yesirin uşaqlarına verim, sevindirim. Gəlirsən kassaya, bir də baxırsan ki, bakkuş 1 manat 90 qəpikdi. Bu piştaxtadan kassaya kimi necə qalxdı? Belə inflyasiya Keniyada belə olmur!”.
Deputat Rüfət Quliyev AZXEBER.COM-a açıqlamasında sözügedən məsələ ilə bağlı daha ətraflı danışıb. Deputat qeyd edib ki, bu cür biabırçılıqların qarşısı alınmalıdır:
“Mən düşünürəm ki, bu məsələ ilə və ümumiyyətlə, bütün problemlərlə əlaqədar bunlar cəmiyyətə və rəhbərliyə çatdırılmalıdır. Müvafiq qurumlar bu barədə tədbirlər görməlidir. Bu və buna bənzər biabırçılıqların qarşısı alınmalıdır. Bu, birmənalıdır, ona görə də mən belə sərt mövqe tutdum, çıxış etdim. Fikrimin də üzərində dururam”.
Deputat həmçinin əlavə edib ki, həmin çıxışını tənqid edənlərə də cavab verib: