Ölkə

DİQQƏT! Bakının bu ərazisində böyük reyd keçirilir – 200-dən çox insan cərimə edildi – VİDEO

DİQQƏT! Bakının bu ərazisində böyük reyd keçirilir – 200-dən çox insan cərimə edildi – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ötən gün yol hərəkəti qaydalarının sürücü və piyadalar arasında təbliğinin daha da gücləndirilməsinə həsr olunan maarifləndirici tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyindən 7Times.az -ə verilən xəbərə görə, tədbir zamanı qadağan olunmuş saatlarda ağır tonnajlı yük avtomobilləri ilə yola çıxan, nəqliyyat vasitələrini səkilərdə, piyada keçidlərinin üzərində saxlayan sürücülər, həmçinin yolu təyin olunmamış yerdən keçən piyadalar aşkar olunub.

Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tədbir zamanı avtobusu dayanacaqdan kənarda saxlayan sürücülərlə də profilaktik söhbətlər aparıblar. Avtobus sürücülərinin diqqətinə çatdırılıb ki, sərnişin düşürən və mindirən zaman yollarda sıxlığın yaranmaması üçün nəqliyyat vasitələri ancaq müəyyən olunmuş dayanacaqlarda saxlanılmalıdır.

Tədbirlər zamanı yol polisləri tərəfindən ümumilikdə 203 inzibati protokol tərtib olunub. Həmçinin, saxlanılan nəqliyyat vasitələrindən dördünün sürücüsünün narkotik vasitənin təsiri altında, iki sürücünün isə sərxoş vəziyyətdə avtomobil idarə etdiyi aşkar olunub.

Həmin sürücülər barəsində qanunla nəzərdə tutulan qaydada müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, Sabunçu rayonu ərazisində bu cür tədbirlər mütəmadi olaraq davam ediriləcək.