“Mənə kitabxana müdirliyi söz verilmişdi.Əvvəl 1-saylı məktəbə əmrim verildi,2 gün sonra məni öz ərizimlə işdən azad edib 2 saylı məktəbə təyin etdilər”
Qusar rayon sakini Ələsgərova Klara Oruc qızı Qusar rayon Bəhruz Ağaverdiyev adına 1-nömrəli tam orta məktəbinə kitabxana müdiri vəzifəsinə təyin edilib.
Amma bu təyinatın ömrü cəmi iki gün çəkib.Çünki iki gündən sonra onunla bağlanan əmək müqaviləsi ləğv edilib.Səbəb isə ona vədd edilən bu vəzifənin baş tutması üçün əmək stajının yetərli olmaması olub.Bu səbəbdən Klara Ələsgərovanın əmrinin elektron sistemdə təsdiqləndirilməsinə baxmayaraq,həmin vəzifə üçün lüzumlu əmək stajının olmaması səbəbindən əmək haqqının hesablanması Quba-Xaçmaz Regional Təhsil İdarəsinin maliyyə sektoru tərəfindən mümkün olmuyub.
Daha sonra Quba-Xaçmaz Regional Təhsil İdarəsinin məsul şəxsləri Klara Ələsgərovadan xahiş edib ki,öz ərizəsi ilə işdən azad olunsun.Bu prosesdən dərhal sonra növbəti bir əmrlə Klara Ələsgərova Qusar rayon Elxan Güləliyev adına 2 – saylı tam orta məktəbinə kitabxanaçı işinə təyin edilib.
Əldə etdiyimiz məlumata görə bu iki qısa müddətli təyinat arasında cəmi iki gün zaman olub.
Həmin təyinatların hər ikisinin elektron məktublarının Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini olan Pərvin Ağasiyev tərəfindən imzalandığı bildirilir.
Follow @7timesaz