Siyəzən təhsilinin pandemiya sınağı.
Pandemiya şəraitində Azərbaycanda təhsilin davamiyyətinin təmin edilməsi bir sıra istiqamətləri və mərhələləri əhatə edirdi.
Belə ki, ilk mərhələdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2020-ci il tarixli 35 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrası ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən Tədbirlər Planı hazırlanıb həyata keçirilməsinə başlandı. Nazirlikdə 7/24 saat rejimində fəaliyyət göstərən Qərargah yaradıldı və hər gün hər bir təhsil müəssisəsindən vəziyyətlə bağlı məlumatlar toplandı, ümumiləşdirildi və Nazirlər Kabineti yanında Operativ Qərargaha ötürüldü.
Həmin ərəfədə Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə Pərvin Ağsiyev təyin edilib.
Ümumilikdə ölkə üçün həssas bir dönəmin olduğu günlərdə, təhsil müəssisələrindəki vəziyyətə həssas yanaşaraq tibbi-profilaktik tədbirlərin görülməsinə, təhsilalanlar və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsinə, müəssisələrin zəruri tibbi ləvazimatlarla, dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması və aidiyyəti qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılmasına şəraitin yaradılmasına nəzarət etməli olan yeni müdir Pərvin Ağasiyev tədrisin distant rejimdə olmasına baxmayaraq gözlənilmədən ani bir qərarla Siyəzənin bütün təhsil müəssisələrində şagird davamiyyətini yoxlamağa başlayıb.Bütün məktəbləri ələk-fələk edən Pərvin Ağasiyev davamiyyətsiz şagirdlərin siyahısını tərtib edərək qeyri-rəsmi təfsirlə həmin məktəblərin direktorlarını cəzalandırıb. Necə deyərlər, avazın yaxşı gəlir, oxuduğun quran olsa…
Çünki insanların ölümlə sınağa çəkildiyi bu kritik bir dönəmdə tibbi-profilaktik və sanitar-epidemioloji tədbirləri bir kənara qoyub şagird davamiyyətini yoxlayan Pərvin Ağasiyevin nöqsan aşkarladığı təhsil müəssisələrinin rəhbərlərini heç də inzibati qaydalarla cəzalandırmıyıb. Həmin məktəb direktorlarının “7Times.az”-a verdiyi məlumata görə Pərvin Ağasiyev bu nöqsanları müəyyən “şirinlik” qarşılığında əfv edib.
2022-ci ilin 28 iyununda, Quba rayonunun Pirvahid kəndi ərazisində Pərvin Ağasiyevin şəxsi mülkiyyətində olan 99 – TN – 742 dövlət qeydiyyat nişanlı “HUNDAİ TUCSON” markalı şəxsi avtomabilində aldığı 5 000 AZN-lik vəsaitdə o “davamiyyət əməliyyatı”-nın davam edən şirinlik paylarından biri idi.
Bu “davamiyyət əməliyyatı”-nın digər qurbanları da Pərvin Ağasiyevin bu qeyri-rəsmi təfsir əməlini etiraf edir.
Onların bəziləri indi həmin vəzifələrdən azad edilsə də, keçmiş müdirlərinin onların başına açdığı bu oyunun təfərrüatlarını yaxşı xatırlayır.
Amma Pərvin Ağasiyev illərlə bu nöqsanlarını əlində rəhbər tutub, bunu bir alət kimi istifadə edib yararlandığı insanlara qulağını kəsdiyi it isterikası ilə yanaşır.
Bu sizin doğruluğuna əmin olub getdiyiniz yolun ayaq izləridir…
Bu izlər bizi çox ünvanlara aparır.Bu ele bir teatrdır ki, səhnəsi yerdə, tamaşaçı zalı isə göylərdədir.
Samirə Məlikzadə
7Times.az