Aktual

Dünya şöhrətli sənətçilər Türkiyə üçün yardım toplayırlar

Dünya şöhrətli sənətçilər Türkiyə üçün yardım toplayırlarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya şöhrətli sənətçilər Türkiyədə baş verən dəhşətli təbii fəlakətə laqeyd qala bilməyib.

 

7Times.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kahramanmaraş zəlzələsində axtarış-xilasetmə işləri davam edərkən bir çox dünya ulduzları qardaş ölkəyə dəstək olmaq üçün səfərbər olub. Cennifer Lopez, Dakota Conson, Natali Portman, Pedro Alonso, Billi Ayliş, Heyli Biber, Levis Hamilton, Demi Lavota, Cici və Bella Hadid bacıları, İrina Şeyk və başqaları zəlzələ qurbanları üçün sosial media üzərindən yardım istəyib.

Cennifer Lopez İnstaqram hesabında bütün pərəstişkarlarının Türkiyə və Suriyanın yanında olduğunu vurğulayıb. Daha sonra o, öz izləyicilərini UNICEF-ə ianə bağışlamağa çağırıb.

Həmçinin digər sənətçilər də bildiriblər ki, Türkiyədə baş verən güclü zəlzələ onları dərindən sarsıdıb. Eyni zamanda sosial media üzərindən zəlzələ qurbanları üçün ianə kampaniyalarını elan ediblər.