Sağlamlıq

Əllərimiz niyə tərləyir?

Əllərimiz niyə tərləyir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi insanların əlləri havanın temperaturundan asılı olmayaraq tərləyir.

Bu da insanlarda xoşagəlməz hisslər yaradır. Əllərin tərləməsinin müxtəlif səbəbləri ola bilər.

Əllərinizin tərləməsi bezdirici olsa da, bəzi elm adamları bunun əllər üçün faydalı olduğunu düşünürlər.

Araşdırmalara görə, tərləmə əlimizdən zəhərli maddələri çıxara bilər. Üstəlik, bakteriyaların səviyyəsini tarazlıqda saxlamağa yardımçı olur.

Digər tərəfdən, bu vəziyyət bəzən normal səviyyələri keçə bilər. Amma bu normanı necə müəyyən edə bilərik?

Əllərin həddindən artıq tərləməsini müəyyən etmək üçün, bunun sizin gündəlik həyatınıza təsir edib-etmədiyini müaşhidə edə bilərsiniz.

Məsələn, əlləriniz sükanı və ya avtobus dirəyini tutmağınıza mane olacaq qədər tərlidirsə, bu, həddindən artıq tərləmə deməkdir.

Əsəbilik, stress, istilik və məşq kimi vəziyyətlər əllərimizin adi haldan çox daha çox tərləməsinə səbəb ola bilər. Digər tərəfdən, bu qədər tərləmə fiziki və psixoloji olaraq sizə təsir edə bilər.

Çünki həddindən artıq tərləmə gündəlik həyatınızda etdiyiniz adi işləri məhdudlaşdıra bilər.

Bu, kiminləsə sadəcə əl sıxmaqdan tutmuş sevgilinizin əlindən tutmağa qədər hər şeyi sizin üçün çətinləşdirə bilər.

Əlinizdə tərləmə ilə yanaşı yapışqanlıq hiss edirsinizsə, bu, bəzi sağlamlıq problemlərinin əlaməti ola bilər.

Su molekullarının birləşməsi olan koheziya, qonşu H2O molekullarının hidrogen və oksigen atomları üzərindəki qarşı elektrik yüklərindən irəli gəlir. Dəridə nəmli səthdə su molekullarının yaratdığı qarşılıqlı cazibə yapışqanlıq hissi yaradır.

Lakin buna bəzən ürək xəstəlikləri, hipoksemiya, daxili qanaxma və günvurma səbəb ola bilər.