Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Xaçmaz rayon prokuroru Rəşad Məmmədov, idarə və müəssisə rəhbərlərinin iştirakı ilə Aslanoba kəndində səyyar qəbul keçirib.
Qəbulda Seyidlikəndyeri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Aslanoba, Seyidlikəndyeri, Xuray və Aşağıoba kəndlərinin sakinləri iştirak ediblər.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər, həmçinin elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri və torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciətlər yerindəcə həll edilib.



