Ölkə

Elnur Rzayev Qadaşoba kəndində səyyar qəbul keçirib – FOTOLAR

Elnur Rzayev Qadaşoba kəndində səyyar qəbul keçirib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Rayon Polis Şöbəsinin rəisi Samir Məcidov, idarə və müəssisə rəhbərlərinin iştirakı ilə Qadaşoba kəndində səyyar qəbul keçirib.
Qəbulda Qımılqışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Qadaşoba, Qımılqışlaq, Mollabürhanlı, Çuxuroba, Maşıoba, Mirzəmmədqışlaq, Ağarəhimoba, Şıxlar və Hacıisaoba kəndlərinin sakinləri iştirak edib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məslələrin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin elektrik təsərrüfatının yenilənməsi, qaz təchizatının bərpası, yolların təmiri və məktəb binasının yenilənməsi ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.