Ölkə

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq.

 

7Times.az  oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunun baş elmi işçisi Sergey Yazev məlumat verib.

 

“Hazırda ən azı dörd isti plazma buludu Yerə doğru uçur. Onlardan yalnız biri indiyədək Yerin maqnitosferinə çatıb. O, mayın 11-nə keçən gecə 2005-ci ildən bəri ən güclü maqnit qasırğasını törədib”, – Yazev izah edib.

 

Astronomun sözlərinə görə, plazma buludları müxtəlif sürətlə hərəkət edir. Ona görə də mayın 12 və 13-də Yer kürəsində bu emissiyaların yaratdığı davamlı maqnit qasırğası müşahidə olunacaq.