“Münaqişə dövründə I Qarabağ müharibəsində 1480, II Qarabağ müharibəsindən sonra isə 26 azərbaycanlı əsir-girovluqdan azad edilib”.
7Times.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.
Onun sözlərinə görə, qarşı tərəfə I Qarabağ müharibəsində 500 nəfərdən çox, II Qarabağ müharibəsindən sonra keçən müddət ərzində erməni əsilli 181 nəfər təhvil verilib.
“Ümumiyyətlə, 1992-ci ildən başlayan əməkdaşlıq dövründə BQXK-nın yaxından iştirakı ilə 700-ə yaxın humanitar proses həyata keçirilib”, – İsmayıl Axundov bildirib.