Dünya

Rəsmi Moskva Ukraynanı atəşkəsə əməl etməməkdə ittiham edib

Rəsmi Moskva Ukraynanı atəşkəsə əməl etməməkdə ittiham edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri atəşkəsə baxmayaraq, sərhəd bölgəsində Rusiya Silahlı Qüvvələrinin mövqelərinə və mülki obyektlərinə dron və artilleriyadan istifadə edərək zərbələr endirməyə davam edir”.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukrayna tərəfindən xüsusi hərbi əməliyyat zonasında (Ukrayna münaqişəsi zonası-red) 1365 atəşkəs pozuntusu qeydə alınıb.

Rusiya MN “xüsusi hərbi əməliyyat” zonasından kənarda hava hücumundan müdafiə qüvvələrinin Ukraynanın 390 dron və altı Neptun raketini vurduğunu açıqlayıb.

“Bu şərtlər altında Rusiya Silahlı Qüvvələri atəşkəs pozuntularına eyni şəkildə cavab verib. Onların reaktiv yaylım atəşi qurğusu, artilleriya və minaatan atəş mövqelərinə, həmçinin komanda məntəqələrinə və PUA-ların buraxılış məntəqələrinə zərbələr endirilib”, – deyə Rusiya Müdafiə Nazirliyi bildirib.

Qeyd edək ki, mayın 8-i saat 00:00-dan mayın 10-a qədər Rusiya birtərəfli atəşkəs elan edib.