Son günlər bir sıra sosial platformalarda linç edilməyə çalışılan və bu kampaniya tərtibatında reputasiyasına kölgə salınmağa cəhd edilən şəxslərdən biri də Mircəlil Qasımlıdır. 123 saylı Kəlbəcər seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş olan Mircəlil Qasımlıya qarşı aparılan bu mistik kampaniya “lal deputat” obrazı və başlıqları ilə həyata keçirilir.
Ümumiyyətlə, deputat mandatının iki tərəfi var.
Pərdənin bir üzündə publik fəaliyyət, mətbuat və sosial şəbəkələrdə aktivlik, digər tərəfində isə seçicilərlə olan bağ və seçildiyi dairənin problemlərinin həlli istiqamətində təşkil edilən iş və fəaliyyətdir. Milli Məclisdə təmsil olunan deputatlarımızı da bu iki kateqoriyaya bölmək olar. Publik fəaliyyətə üstünlük verən deputatlar bu baxımdan bir növ aktiv deputat hesab edilir. Bəzən bu obraza yiyələnmək üçün onlar böyük pullar sərf edirlər. Və bu yolla aylarla seçici üzü görməyən millət vəkilləri Məclisin ən çox adı çəkilən populyar deputatlarına çevrilir.
Milli Məclisin ən gənc deputatı olan Mircəlil Qasımlı isə bu minvalla xal qazanmağa, populyar olmağa çalışan deputatlardan deyil. Bəlkə də onu bu yola əl atmağa məcbur etməyən xarakteri elə ismətli həyası və gəncliyinin haqqını pərdənin digər tərəfindən göstərməyə çalışdığı əməyi və işgüzarlığı ilə bağlıdır.
Bu yazıda onun gördüyü işlər və seçildiyi dairədəki səmərəliliyindən bəhs etmirəm. Çünki istəsəydi və yaxud cəhd etsəydi, Mircəlil Qasımlı özü bu işləri paylaşardı, onlarla özünü reklam edərdi. Və bu səmimiyyəti ona “lal deputat” adını yapışdırmağa çalışanlara fürsət verməzdi. Həm də bu işlər və bu əmək ona qarşı bu mistik kampaniya aparan şəxslərin dinləmək və görmək istədiyi məqamlar deyil.
Şər işıqdan qorxar, doğruluqdan qaçar…
Burada əsl niyyət həqiqəti araşdırıb aydınlatmaq deyil.
Məqsəd ənənəvi üsullarla onu linç etmək və ictimai reputasiyasını zədələməkdir. Həyata keçirilən bu kampaniyanın intensivliyi və sosial platformalardakı ödənişli yayımı da bunun ən bariz nümunəsidir.
Qeyd edək ki, Mircəlil Qasımlı Milli Məclisin İnsan hüquqları komitəsinin və Gənclər və idman komitəsinin, həmçinin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının üzvüdür.
Peşəkar idmançıdır. Döyüş sənətləri üzrə dünya çempionu və 8 dəfə Azərbaycan çempionu olub.
Follow @7timesaz


