Aktual

“Günahkar Ərdoğandır, İstanbulda da zəlzələ olacaq, 100 km uzağa köçün…”  – Məşhur geofizik

“Günahkar Ərdoğandır, İstanbulda da zəlzələ olacaq, 100 km uzağa köçün…”  – Məşhur geofizikbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ərdoğan idarəçiliyi bacarmadı, hər şeyi səhv etdi”.

7Times.az  xəbər verir ki, bunu məşhur türkiyəli alim, geofizik Cəlal Şəngör Almaniyanın “Bild” nəşrinə müsahibəsində bildirib.

Alim zəlzələnin miqyasının və itkilərin böyük olmasında Ərdoğanı günahlandırıb:

“Türkiyədə baş verən son zəlzələdə ölənlərin sayı 18 mini keçib və bu rəqəmin 30 minə yaxınlaşacağı gözlənilir. Ərdoğan ölkəni belə böyük zəlzələlərə hazırlamaq üçün nə edib? Heç nə! Baxmayaraq ki, o, 2003-2014-cü illərdə baş nazir, sonra isə prezident olub”.

C.Şəngör Türkiyə Prezidentinin qanunlara nəzarət etmədiyini də vurğulayıb və ölkədə korrupsiyanın baş alıb getdiyini qeyd edib:

“Ərdoğan binaların zəlzələyə davamlı olması üçün qanunlar qəbul etdi. Amma qanunlar qüvvəyə mindikdən sonra onlara nəzarət etmədi. Ərdoğan elə bir mühit yaradıb ki, heç kim ona nəsə deməyə cəsarət etmir. Tənqid edən məmurları ya başqa əraziyə göndərir, ya da işdən çıxarır”.

Geofizik İstanbulda baş vermə ehtimalı olan zəlzələdən də danışıb və şəhər sakinlərinə xəbərdarlıq edib:

“Yaxın 30 ildə İstanbulda 7 bal gücündə zəlzələ ola bilər. Zəlzələnin baş vermə ehtimalı 70 faizdir. Bunun dəhşətli nəticələri olacaq. 50-100 min insan ölə bilər. İstanbuldakı binaların 60 faizi qeyri-qanuni tikilib. 8 minə yaxın bina tamamilə dağıla bilər. İstanbul sakinlərinə müraciət edirəm, əgər şəhərin mərkəzində yaşayırsınızsa, köçün. 100 km uzağa köçməyiniz məsləhətdir”.

Özü də İstanbulda yaşayan alim “mən köçməyəcəyəm, evim zəlzələyə davamlıdır, ən azından buna ümid edirəm” deyib.

Savash.org