Ölkə

Günahsız yerə həbs olunan hərbçi başına gələnləri danışdı – Şok olacaqsız

Günahsız yerə həbs olunan hərbçi başına gələnləri danışdı – Şok olacaqsızbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adətən hansısa cinayət əməli törədən şəxslər həbs olunsa da, bəzən günahsız şəxslər də ömürlərinin müəyyən hissəsini həbsxana divarları arasında keçirməli olur və belə faktlar kifayət qədərdir. Əslində, hər bir cinayət faktı istintaq orqanları tərəfindən ciddi araşdırıldıqdan sonra məhkəmə hökm verməlidir. Çünki ciddi araşdırılmayan faktlar məhkəmənin yanlış hökmü ilə cəza alacaq insanların həyatını məhv edə, onların tərcümeyi-hallarının ləkələnməsinə səbəb ola bilir.

Eyni zamanda nəzərə alsaq ki, ölkədə məhkəmə-hüquq sistemi kifayət qədər korrupsiyalaşıb və hakimlərin əksəriyyəti sifarişlə hökm çıxarır, o zaman həbsxana divarları arasında kifayət qədər günahsız insanın olması birmənalıdır. Amma təəssüf ki, əksər hallarda həmin insanların günahsız olduqlarını sübut etməsi çox çətindir. Günahsız yerə həbs edilən keçmiş hərbçi Müslümov Novruz Suliddin oğlu 10 il müddətinə həbs həytına məhkum edilib. O hazırda həbsdən çıxıbı və başına gələnləri 7Times TV-yə danışıb. Ətraflı video materialda izləyə bilərsiniz: