Ölkə

Hansı məktəblər onlayn tədrisə keçəcək? – Nazir açıqladı

Hansı məktəblər onlayn tədrisə keçəcək? – Nazir açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Formula 1” ilə bağlı bəzi məktəblərdə tədris müvəqqəti onlayn formada keçirilə bilər.

“7Times.az” xəbər verir ki, bunu bu gün, sentyabrın 11-də elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün brifinqdə deyib.

Nazir bildirib ki, 6 nömrəli məktəb, 132-134 saylı təhsil kompleksi və digər mərkəzə yaxın müəssisələrdə tədris bəzi günlər distant formada təşkil ediləcək: “Biz bu müəssisələrin siyahısını elan edəcəyik. Bu qərar bütün məktəblərlə bağlı deyil”.

Bu il “Formula 1” Azərbaycan Qran Prisi sentyabrın 19-21-də keçiriləcək. Yeni tədris ili isə sentyabrın 15-də başlayır.